Putin ABŞ üçün “dəhşətli intiqam” planı hazırlayır

13.12.2016 - 00:40

Rusiya prezidenti Vladimir Putin ömrü boyu ABŞ-a qarşı nifrət bəsləyib və buna görə də bütün gücü ilə Amerikaya ziyan vurmağa çalışır. Teleqraf.com xəbər verir ki, bu fikirlər “New York Post” nəşrində yer alan məqalədə bildirilib. Məqalə müəllifinin sözlərinə görə, Putin amerikalıları Sovet İttifaqının dağılmasında ittiham edir. Məhz bu səbəbdən amerikalı jurnalistlərin fikrincə, rusiyalı lider intiqam almaq istəyir.
“New York Post”un jurnalistləri hesab edirlər ki, Putinin 5 əsas strateji məqsədi var: Rusiyaya qarşı sanksiyaları ləğv etmək, Avropanı bölmək, NATO-nu məhv etmək, monarxiyanı bərpa etmək və ABŞ-ı alçaltmaq.
Məqalədə bildirilir ki, amerikalı və avropalılar Rusiyanın “zalım, lovğa və bacarıqlı” dezinformasiya kampaniyasının qurbanı olub. Onlar bu kampaniyaya görə, Rusiyanı təcavüzkar deyil, qurban kimi tanıyıblar. Nəşr iddia edir ki, Kremlin 1950-ci illərdən başladığı bu siyasəti uğurla inkişaf edir.
Müəllif Rusiyanın islamçılarla mübarizəsinin də yalan olduğunu və Moskvanın bu günə kimi atdığı bombaların minlərlə dinc sakinin həyatına son qoyduğunu qeyd edir: “Vladimir Putin hakerlərin köməyi ilə ABŞ-dakı seçkilərin nəticələrinə təsir göstərdi. Rusiya həm havada, həm də suda ABŞ-a meydan opxuyur. Əfqanıstanda Putinin agentləri “Taliban” üzvləri ilə əməkdaşlıq edir. Suriyada rus qırıcıları xəstəxanaları və yaşayış evlərini hədəfə alır. Bundan başqa, Putin Gürcüstan və Ukraynaya soxulur. Hazırda o, NATO üzvü olan Baltikyani ölkələri təhdid edir və ekstremist qüvvələri maliyyələşdirir. Rusiyada isə o, demokratiyanı boğub, mətbuat azadlığını və müxalifəti məhv edib”.
ABŞ ordusunun ehtiyyatda olan zabiti Ralf Peters deyir ki, amerikalı qırıcılar Rusiyaya ziyan vermək deyil, kömək etmək istəyir: “Ancaq rusiyalılar özlərinə kömək etmək istəmir, qəddarlığı və düşmənçiliyi üstün tuturlar”.
Rusiyalı ekspertlər isə “New York Post”da yerləşdirilən bu məqaləni cəfəngiyyat adlandırıblar. Siyasi İnformasiyalar Mərkəzinin baş direktoru Aleksey Muxin bildirib ki, Qərb mediası bu cür yalanlar yaza bilər, çünki Amerika və Avropa əhali bu cür materialları məzmunundan asılı olmayaraq qəbul edirlər: “Bununla yanaşı, diqqət yetirmək lazımdır ki, ABŞ dünya mediasının böyük hissəsinə nəzarət edir və beynəlxalq ictimaiyyətin fikirlərini yönləndirir. Aydındır ki, zaman keçdikcə hər şey öz yerini tapacaq və ABŞ çıxılmaz vəziyyətdə qalacaq. Əhali bu cür yalanlara inanmayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=84217

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728