“Dekabrın 15-də prezident öldürüləcək” – ŞOK PLAN

13.12.2016 - 22:57

“Abxaziya Respublikasında silahlı qiyam hazırlanır”. Bu haqda separatçı “Abxaziya Respublikası”nın xüsusi xidmət orqanları xəbərdarlıq edib. Məlumata görə, silahlı qiyamın dekabrın 15-də reallaşdırılması nəzərdə tutulub. “Dövlət Təhlükəsizlik Xidməti informasiyaya malikdir ki, müxalifət güc yolu ilə hakimiyyəti tutmaq və Abxaziya xalqı tərəfindən qanuni seçilmiş prezidenti fiziki aradan qaldırmaq fikrindədir. Müxalifətçilər planın reallaşdırılması üçün odlu silah və yandırıcı maddələri tətbiq etməyi planlaşdırırlar”, – xəbərdə deyilir.
Materialda bildirilir ki, müxalifət partiyaları və təşkilatların nümayəndələri “prezident”in səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasını dəstəkləyirlər. Lakin müxalifət liderləri bildirirlər ki, onlar həqiqətən vaxtından əvvəl seçkilərin keçirilməsində təkid edirlər, amma bu halda demokratik prosedurlar və Rusiya ilə qardaş münasibətlərinin saxlanılmasının vacib olduğunu deyirlər.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=84296

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728