Kremldə it hürəndə…

14.12.2016 - 13:21

Xəbər verildiyi kimi Yaponiyaya səfərə hazırlaşan Rusiya prezidenti Vladimir Putin bir qrup yapon jurnalistini Kremldə qəbul edib və onlara müsahibə verib. Müsahibə zamanı jurnalistlər Putindən dörd il əvvəl Yaponiyadan ona bağışlanan nadir akita-inu cinsindən olan itin aqibəti barədə soruşublar. Putin bildirib ki, it artıq böyüyüb və sahibinə çox sadiqdir, istənilən situasiyada onu qorumağa hazırdır. 

Virtualaz.org xəbər verir ki, rəsmi KİV-lər Putinin iti jurnalistlərə nümayiş etdirdiyinə dair fotoları yayıb. Ancaq həmin anların videokadrları daha sonra internetə yol tapıb. Məlum olur ki, Yume adlı it zalda jurnalistləri görən kimi onlara hürür. Putinin komandası ilə it oturur, sonra pəncəsini qaldırıb ona təklif edilən yemi yeyir, ancaq jurnalistlərə hürməyi dayandırmır.

“Mənə dedilər ki, siz Yumeyə baxmaq istəyirsiniz, buyurun, mən onu sizə təqdim edirəm. O, əla formadadır”-Putin yapon jurnalistlərə deyir. Jurnalistlər etiraf edirlər ki, itdən bir az qorxublar. “Düz edib qorxmuşunuz, çünki o, ciddi itdir, həmişə sahibini qoruyur”-Putin bildirir.

Həmin iti küçük olanda Yaponiyanın Akita prefekturasının hakimiyyəti Rusiyanın zəlzələdən zərər çəkənlərə göstərdiyi yardıma minnətdarlıq olaraq Putinə 2012-ci ildə bağışlayıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=84371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728