“Baş verənlər göstərdi ki…” – Nazarbayevdən Putinə
Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinə teleqram göndərib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Qazaxıstan lideri Ankarada öldürülən səfir Andrey Karlovla əlaqədar Vladimir Putinə başsağlığı verib. O, məktubunda vurğulayıb ki, baş verən hadisə bir daha göstərir ki, terrora qarşı birləşmək lazımdır.
Bundan başqa, Nursultan Nazarbayev Andrey Karlovun ailəsinə, yaxınlarına Qazaxıstan xalqı və şəxsən öz adından başsağlığı verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=84758