Radanın deputatı rusiyalı səfirin qatilini qəhrəman adlandırıb – FOTO
Ukraynanın Ali Radasının fraksiyadan kənar deputatı Vladimir Parasyuk Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlini qəhrəmanlıq hesab edir.
Cumhuriyyet.az Lenta.ru-ya istinadən xəbər verir ki, o, müvafiq bəyanatı “Facebook” səhifəsində edib.
“İnsan öz həyatı bahasına ideya, həqiqət naminə qəti addımlar ata bilərsə, onu əminliklə QƏHRƏMAN adlandırmaq olar”, – yazan deputat paylaşımına 62 yaşlı diplomatın kürəyinə güllə açan türk polisi Mövlud Mərt Altıntaşın şəklini əlavə edib.
Andrey Karlov dekabrın 19-da Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılış mərasimində qətlə yetirilib. Altıntaş türk hərbçiləri tərəfindən zərərsizləşdirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=84778