Məşhur müğənninin üzündə telefon partladı – FOTOLAR

20.12.2016 - 12:21

Amerikalı məşhur repçi Si Lo Qrinin üzündə telefon partlayıb.

Publik.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kamerasına düşüb. Belə ki, reper studiyasında çalışarkən telefonla danışan zaman telefondan qığılcımlar çıxaraq partlayıb. Partlayışın təsiri ilə reper kreslosundan yerə düşüb.

42 yaşlı amerikalı rep ifaçısı və musiqi prodüseri Cee Lo Qrinin əlində partlayan mobil telefonun görüntüləri sosial şəbəkədə narahatlıq doğurub. Bu səbəbdən də məşhur reper video çəkməli olub. O, videoda səhhətinin yaxşı olduğunu, narahatlıq üçün heç bir əsas olmadığını vurğulayıb. Reper “Yaxşıyam, sizi narahat etdiyim üçün təəssüf edirəm. Əslində bu görüntülər yeni layihəmizin bir hissəsidir” – deyə qeyd edib.

Bu açıqlama reperin pərəstişkarlarını hiddətləndirib. Üzündə böyük qara ləkə əmələ gələn Qrinin nə üçün belə bir açıqlama verdiyi məlum deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=84780

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728