Türkiyə polisi səfirin qatilini niyə öldürdü? – ŞƏRH

20.12.2016 - 15:10

“Türkiyə polisi səfirin qatili Mert Altıntaşı niyə öldürdü, onu həbs etmək doğru olmazdımı?”. 

Qaynarinfo.Az xəbər verir ki dünəndən dünya mediasının gündəmini zəbt etmiş Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı ən çox səsləndiriləın bu sualı politoloq Elxan Şahinoğlu şərh edib.

Politoloqun deyib ki, bu məntiqi sualdır: “Ağlıma iki versiya gəlir.

“Birinci versiya sadədir, “komplo teorisinden” uzaqdır. Qatil əlində silah sağa-sola atəş açır, sərgidəki insanlar qorxu içindədirlər, içəri daxil olan xüsusi təyinatlılar Mert Altıntaşdan təslim olmasını tələb edir, o silahı yerə qoymur və o bütün oxşar hallarda olduğu kimi öldürülür.

“İkinci versiya mürəkkəbdir: Mert Altıntaşın həbsi Ankaraya gələcəkdə başağrısı yarada bilərdi. Mert Altıntaş məhkəmədə deyəcəkdi ki, Suriyadakı qətliamlara, uşaqların ölüm səhnəsini izləmək ona ağır gəlirdi, intiqam hissi ilə yaşayırdı və s”.

Elxan Şahinoğlunun fikrincə, Mert Altıntaşın məhkəmədə bu tip açıqlamalarını davam etdirməsi Türkiyədə və başqa ölkələrdə yaşayan nə qədər insanda ona rəğbət qazandıracaqdı:

“Başqa sözlə Mert Altıntaşın məhkəməsi onun qəhrəman obrazını gücləndirəcəkdi. Bu isə öz növbəsində yenidən Türkiyə-Rusiya münasibətlərində inamsızlıq yaradacaqdı, Ankaraya hadisələrin bu istiqamətdə inkişafı lazım deyildi, ona görə də məsələyə “qatili yox edək, gələcəkdə problem də yaranmasın” prinspindən yanaşılıb və yuxarıdan xüsusi təyinatlılara əmr verilib ki, qatli öldürün”.

Short URL: http://www.cumhuriyyet.net/?p=84841

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728