Amerika yəhudiləri Trampa qarşı aksiya keçirdi

22.12.2016 - 11:31

Ötən gün dekabrın 21-də ABŞ-ın Boston şəhərinin mərkəzində Sülh uğrunda Yəhudi Səsi (Jewish Voice for Peace) təşkilatının yüzlərlə üzvü ABŞ-ın yeni prezidenti Donald Trampın miqrantlara qarşı ayrıseçkilik və islamafobiya siyasətinə etiraz olaraq aksiya keçiriblər.

Virtualaz.org xəbər verir ki, polisin müşayiəti ilə keçirilən aksiyada immiqrantlara, müsalmanlara qarşı ayrıseçkiliyə, zorakı ekstremizmə son qoyulmasını tələb edən şüarlar səsləndirilib.

Aksiya iştirakçısı Barbara Solidarın sözlərinə görə, onlar rasizmə qarşı çıxaraq diqqəti müsəlmanlara qarşı olan diskriminasiyaya yönəltmək niyyətindədirlər. O, həmçinin bildirib ki, etirazlara ABŞ-da olan müsəlman icmalarının üzvləri də qatılıb.

“Trampın prezident seçilməsi ABŞ-da rasizmi və islamadobiyanı gücləndirib. Biz müsəlmanlara qarşı tez-tez baş verən cinayətləri pisləyirik. Biz yeni seçilmiş prezident D. Trampın rasist siyasətinə, müsəlman və digər icmalara qarşı gücləndirilmiş polis nəzarətinə qarşı çıxırıq”, – deyə aksiya iştirakçılarından biri bildirib.

Qeyd edək ki, JVP -Sülh uğrunda Yəhudi Səsi təşkilatı ABŞ-ın sürətlə genişlənən yerli yəhudi təşkilatıdır. Təşkilatın 200 min nəfərdən çox üzvü var.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=84967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930