Qətlə yetirilən səfirin dəfn mərasimi keçirilir

22.12.2016 - 15:40

Rusiya paytaxtında Ankarada qətlə yetirilmiş Rusiya səfirinin yas mərasimi keçirilir.

Andrey Karlov Ankaradakı sərgidə çıxış edərkən Mevlüt Mert Altıntaş tərəfindən arxadan güllələnmişdi.

Rəsmi dəfn mərasimindən əvvəl prezident Vladimir Putinin nitqlə çıxış edəcəyi gözlənilir.

Atəş açandan sonra Mevlüt Mert Altıntaş qətlin Hələbdə Rusiyanın iştirakına görə qisas olduğunu qışqırıb.

Bazar ertəsi baş verən hadisənin Türkiyə-Rusiya əlaqələrinə mənfi təsir göstərəcəyi ilə bağlı ehtiyatlar öz təsdiqini tapmadı. Tərəflər müttəfiqliyin davam edəcəyini vurğulayırlar.

Rusiya və Türkiyə qətllə bağlı müştərək təhqiqat keçirir.

Xarici İşlər Nazirliyində keçirilən yas mərasiminin əvvəlində prezident Vladimir Putin, baş nazir Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov cənazənin yanına əklil və gül dəstələri qoyublar.

Andrey Karlovun cənazəsinin Rusiyaya göndərilməsindən əvvəl Türkiyənin Esenboğa aeroportunda yüksək rütbəli rəsmilərin iştirakı ilə yas mərasimi təşkil olunub.

Andrey Karlovun xanımı səfirin qətlə yetirilməsi vaxtı hadisə yerində olub.

Hücumdan sonra qətlə yetirilən Mevlüt Mert Altıntaşın hər hansı silhalı qrupla bağlı olub-olmadığı qeyri-müəyyən qalır.

62 yaşlı Andrey Karlov təcrübəli diplomat olub.

O, 1980-ci illərdə Şimali Koreyada Rusiya səfiri işləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=85040

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728