Obamanın yanlış Suriya siyasəti

26.12.2016 - 01:02

ABŞ-ın Vaşinqton Post qəzetində Obamanın Suriya siyasəti sərt tənqid edilən müəllif məqaləsi dərc olunub. Cumhuriyyet.az  “Azadlıq” qəzetinə istinadən məqalənin tərcüməsini təqdim edir.

Barak Obamanın ofisi tərk etməsindən həftələr öncə Hələbin düşməsi onun Orta Şərqdəki geri çəkilmə siyasətinin nəticəsini əks etdirir. Dağıdılmış şəhərin təəssüfləndirici şəkilləri Obamanın geri çəkilmə siyasətinin həqiqi bədəlidir. Baxmayaraq ki, o, buna görə çox az təəssüflənir. Obama sonuncu xəbər konfransı zamanı səhv seçimini və ABŞ-ın hərəkətsizliyini müdafiə edib: bu, kənarda dayanmaq və İraq sayağı qurudan kütləvi işğala əmr etmək arasında olan seçim idi.

Vətəndaş müharibəsinin başlanğıcında xalq üstün vəziyyətdə idi. Tarazlığı rejimin hava nəzarəti qoruyurdu. Bu vaxtda ABŞ kiçik risk və bədəllə Suriyanı uçuşdan kənar zona elan edə bilərdi, necə ki, Körfəz Savaşından sonra bir neçə il İraq Kürdüstanında bunu etmişdi. ABŞ asanlıqla rejimin təyyarə və helikopterlərini qurudan məhv edə və hava sahəsindən istifadəyə imkan verməyə bilərdi.  Bu da müharibənin qalanı üçün strateji bərabərliyi dəyişə bilərdi.

Rusiyanın hava qüvvələrinin Suriyaya müdaxiləsinin də qarşısını almış olardı – onlar havada üstünlük qazanmaq üçün ABŞ qüvvələri ilə mübarizə aparmalı olacaqdı. ABŞ-ın əngəlləri ilə üzləşməyən Rusiya savaşa müdaxilə etdi və balansı dəyişdi. Rusiyalılar xüsusilə xəstəxanaları və sivil hədəfləri vurdular. Üsyançılar məhv olmaq və təslim olmaq seçimləri arasında qaldılar və onlar təslim oldular.

Obama heç vaxt başa düşmədi ki, lokal konfliktlərin qarşısını almaq üçün qurudan müdaxilə yeganə seçim deyil. Qlobal rəqibin konfliktə müdaxiləsinin qarşısını almaq, bununla da müharibənin kursunu dəyişmək olardı. 1973-cü il ərəb-İsrail savaşında Moskva Misirə qoşun göndərməklə hədələyəndə ABŞ elə bu cür də etmişdi. Prezident Nikson cavab olaraq ABŞ-ın nüvə həyəcanı statusunu Defkon-3-ə qaldırmışdı. Bununla da Rusiya geri çəkilmişdi.

Amerikanın rəqiblərinə misilləmə hədəsi Soyuq Müharibə dövründə Qərbi Almaniya, Cənubi Koreya və Tayvanı azad və müstəqil saxladı. Bu, əngəlləmə adlanır. Hələ ki Obama nəyisə və ya kimisə əngəlləyə bilməyib. Dünyanın super gücü axırda Birləşmiş Millətlərdə acılayan çıxışlarla kifayətlənəcək səviyyəyə düşdü. “Heç utanırsınızmı?”, – deyə ABŞ-ın səfiri Samanta Pover Hələb qətliamı zamanı BMT-də guruldamışdı. Sanki bu sualın cavabını bilmirikmiş kimi. Əslində utanan tərəf ABŞ olmalıdır ki, baş tutmayan atəşkəs müqavilələrini bir-birinin ardınca Rusiya ilə masaya çıxarırdı.

Baxmayaraq ki, Suriya üzrə debatlar ümidverici deyil, indi də ABŞ-ın tonu ağrılı və emosional, əxlaqi çərçivələrlə şərtlənmiş haldadır. Strateji bədəllər qiymətləndirilmir. Əsəd heç vaxt dost olmayıb. İndi heç o, müstəqil də deyil. O, öz taxtına bərpa edilən İran və Rusiyanın marionetidir. İndi Suriya hər iki revizionist rejimin regionda güc layihələndirmələri üçün platforması halındadır.

İran Suriyadan ərəb Orta Şərqində dominantlığını artırmaq üçün istifadə edəcək. Rusiya isə özünün su və hava bazalarından sünni ərəb ölkələrini hədələmək və bu regionda Amerikanın təsir dairəsini azaltmaq üçün istifadə edəcək. Bu, artıq baş verir. Rusiya, İran və Türkiyənin xarici və müdafiə nazirləri Suriyanın taleyini həll etmək üçün bu həftə Moskvada toplanıb. Son 4 onillikdə ilk dəfə olaraq bir zamanlar regionda dominant güc olan ABŞ ofsaydda qalıb.

Hələbin getməsi və üsyançıların dağılması ilə ABŞ-ın son səkkiz ildə dağılmış nüfuzunu bərpa etmək üçün uzun yol qət etmək lazım gələcək. Yeni prezident Donald Tramp təhlükəsizlik zonaları yaratmaqdan danışır. O, ehtiyatlı davranmalıdır. 5 il əvvəl etməli olduğumuzu indi etməyin faydası yoxdur. Vəziyyət daha da pisləşib. Rusiya və İran vəziyyətə hakimdir. Təhlükəsizlik zonalarının təhlükəsizliyini qoruyub saxlamaq bahalı və təhlükəli olacaq. Bunun üçün əraziyə ekstensiv quru qoşunu yerləşdirmək lazım gələcək. Bu da Rusiya ilə konfrontasiya riski yaradacaq.

Tamamilə humanitar müdaxilələrin axırı yaxşı qurtarmır. Bunu Somalidən Liviyaya qədər bir çox ölkələrdə müşahidə etmişik. “Qorumaq məsuliyyəti” ilə müdaxilə oluna bilər, ancaq əgər Amerikanın maraqları nəzərə alınmırsa, bu məsuliyyətin öhdəsindən gəlmək bir vaxtdan sonra mümkünsüz olur. Hələbdə olan olub, şəhər məhv edilib, etnik təmizləmə aparılıb. ABŞ üçün post-fakt seçimləri yoxdur. Hələbdə itirilmiş şərəfi qaytarmaq üçün döyüş meydanına atılmaq lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85181

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031