İran viranəliyi: qəbirlərdə yaşayan ailələrin dəhşətli FOTOLARI

29.12.2016 - 02:22

İranın “Şəhrvənd” qəzetinin gündəmə gətirdiyi, aralarında qadın və uşaqların da olduğu onlarla adamın Tehrandakı Nasirabad qəbiristanlığında yaşadıqlarını görüntləyən reportaj ölkədə ciddi rezonans yaradıb. A24.az ölkə prezidentinin də reaksiya verdiyi bu olay haqqında təfərrüatları təqdim edir.iran_2635

Xəbərin ardından ölkədəki yoxsulluqla bağlı ciddi tədbirlərə başlanıb, prokurorluq tərəfindən evsizlər düşərgələrə gətirilib.
Oskar mükafatlı İranlı rejissor Əsgər Fərhadi mövzuyla əlaqədar prezident Həsən Ruhaniyə məktub yazaraq ölkədəki yoxsulluqla bağlı tənqidi fikirlərini bildirib. Fərhadi “sarsıdıcı hadisə” kimi qiymətləndirdiyi xəbəri oxuduqdan sonra utanc duyduğunu ifadə edib: “Ölkədə 30 ildən artıq məsuliyyət sahibi olan və mənim durumumda olan kəslərin də eyni utancı duyması məqsədilə bu məktubu yazdım”.

iran_6917_1

Fərhadi məktubunda Ruhani və İranlı səlahiyyətlilərə “Yoxsulluğun şilləsi ilə üzləri qızarmış şərəfli insanların vəziyyətini görmək üçün xalqın içərisinə qarışmalarını” təklif edib.

ISNA agentliyi prezident Ruhaninin Fərhadinin məktubuna cavab verdiyini bildirir: “Fərhadi’nin “ağrılı” məktubunu oxudum və kədərləndim. Bəzi insanların yoxsulluq səbəbiylə karton komalarda, körpü altlarında yaşadığını eşitmişik, ancaq qəbirlərdə yaşayanlardan xəbərim yox idi. Bu məsələni analiz edəndə utandım və qəhərdən boğazım qurudu”. iran_1076-1

Digər tərəfdən islahatçı qanada mənsub Hüquq qəzeti xəbərin yayımlanmasından sonra evsizlərin qəbiristanlıqdan döyülərək çıxarıldığını iddia edib. Tehran valisi Hüseyn Haşimi isə iddiaların doğru olmadığını deyərək, qəbirlərdə yaşayanların narkotik aludəçiləri olduqlarını diləgətirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=85235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728