Prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır – Foto

29.12.2016 - 02:37
Türkiyədə prezident və nazirləri aldadan məşhur fırıldaqçının oğlu küçədə yaşayır. Musavat.com milliyet.com-a istinadən xəbər verir ki, İstanbul şəhərində havaların soyuması ilə əlaqədar 485 evsiz Zeytinburnu rayonundakı idman kompleksinə gətirilib. Burada onlar yatacaq yer, geyim və yeməklə təmin olunub. Kompleksə gətirilənlər arasında Hakan Parsadan ad-soyadlı biri xüsusi diqqət çəkib. Məlum olub ki, o, bir zaman fırıldaqçılıqla gündəmə səs salan Səlcuk Parsadanın oğludur.
Beş ildir küçədə yaşadığını deyən 38 yaşlı Hakar Parsadan gələcəkdə kitab yazmaq istədiyini bildirib: “Atam Səlcuk Parsadan sağ olanda çox gözəl həyatım var idi. O öləndən sonra maddi vəziyyətim pisləşdi və küçəyə düştüm. Atamla fəxr edirəm. Gələcəkdə başıma gələnlərlə bağlı kitab yazmaq istəyirəm. Kitabda narkotikdən, özümdən və küçələrdə yaşayan insanlardan bəhs edəcəyəm. Əvvəllər mən də narkotik maddə istifadə edirdim, amma tərgitdim. Həyat isə mənə insanların qəddar olduğunu öyrətdi. Yeni ildən diləyim budur ki, heç bir insan evsiz qalmasın. Vətəndaşların və iş adamlarının da bura gəlib bizə kömək etmələrini istəyirəm”.
Qeyd edək ki, Səlcuk Parsadan baş nazir olan Tansu Çilləri, prezident Süleyman Dəmirəli və bir çox nazirləri aldadan məşhur fırıldaqçıdır. O, 2006-cı ildə vəfat edib.
Gülnar Süleymanova, Musavat.com
 
parsadan ile ilgili görsel sonucu
Səlcuk Parsadan
 
Parsadan'ın oğlu da tesiste
Hakan Parsadan

Short URL: http://www.cumhuriyyet.net/?p=85238

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728