Sərhəddəki 7 bazanın vəzifəsi nədir? – Vaşinqtonun GİZLİ PLANI

05.01.2017 - 12:32

ABŞ-ın Suriyanın Əl Bab mahalında İŞİD-lə mübarizədə Türkiyəyə yardım qarşılığında irəli sürdüyü “PYD-yə toxunmayın!” şərtinin arxasındakı gizli səbəbi məlum olub. Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı əsas məsələnin bölgədəki neft ehtiyatları olduğunu yazıb.
“Pentaqon səlahiyyətlisi “Sizə Əl Babda dəstək verək, amma PYD-dən uzaq durun, məsələn, Əl Babdan sonra Münbiçə getməyin” dedi. Bizim elə bir dəstəyə ehtiyacımız yoxdur. Cerablusda işi təkbaşına gördük, eyni işi Əl Babda da, Münbiçdə də görərik. Amma Əl Babda dəstək məsələsi ABŞ-ın gerçək niyyətini ortaya çıxardı. Münbiç, Rakka, Kobani və Haseke Şimali İraqa qədər uzanan xəttin üzərində yerləşir. Türkiyə sərhədində yerləşən bu bölgələrə ABŞ göz qoyub. Haseke onsuz da hazırda PYD-nin, daha doğrusu ABŞ-nin işğalı altındadır. Bura Suriyanın ən zəngin neft ərazilərinin başında gəlir. Rimelan və Şedadi neft yataqları Haseke sərhədləri daxilindədir. Bundan başqa, burada zəngin təbii qaz ehtiyatları da var”, – deyə türkiyəli yazar bildirib.
Taha Dağlı qeyd edir ki, ABŞ bölgədə 7 hərbi baza qurub. Bunların ən böyükləri Rimelanın Alajafal kəndində və Suriya-Türkiyə-İraq sərhədinin birləşdiyi Malikiyedəki hərbi bazalardır: “ABŞ əsgərləri, CİA agentləri və diplomatlar vertolyotlarla bu bazalara girib-çıxır, orada PYD terrorçuları ilə toplantılar keçirirlər. Bundan başqa, PYD terrorçularına verilən silahlar da bu bazalardan paylanılır. Suriyanın şimalında bir ABŞ işğalı var. Bu işğal əvvəllər PYD terror təşkilatı üzərindən həyata keçirilirdisə, 2016-cı ildən etibarən ABŞ öz əsgəri ilə birbaşa bu bölgələri işğal etdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=85290

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728