“Bu haqda siz heç nə bilməyəcəksiniz…” – Məxfi hesabat

06.01.2017 - 10:32

ABŞ-da keçirilən prezident seçkilərinə Rusiya və digər xarici ölkələrin müdaxiləsinə dair məxfi hesabat Prezident Barak Obamaya təqdim edilib. Axar.az xəbər verir ki, bu barədə məlumatı “Assoşieyted Press” kəşfiyyat orqanlarından əldə edib. Hesabatda yer alan məlumatlar yanvarın 6-da yeni seçilmiş prezident Donald Trampa təqdim ediləcək.
ABŞ xüsusi xidmət orqanları Rusiya və “Vikiliks” arasındakı vasitəçiləri də müəyyən etdiyini açıqlayıb. Həmin vasitəçilər ABŞ Demokratlar Partiyasına aid sənədləri dərc olunması üçün “Vikiliks”ə ötürüblər. CNN-in xəbərinə görə, bu barədə ABŞ kəşfiyyatının məxfi hesabatında qeyd olunub.
Bu arada ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanın kiber hücumlarına məxfi tədbirlərlə də cavab verildiyini açıqlayıb. “Bəzi tədbirlər sizə məlumdur. Lakin atdığımız digər addımlar barədə siz heç nə bilməyəcəksiniz”, – Bayden bildirib. O, 35 rusiyalı diplomatın ölkədən çıxarılmasının məlum tədbirlərdən biri olduğunu bildirib.
Qeyd edək ki, ABŞ hökuməti rusiyalı hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini açıqlayıb. Hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rusiya tərəfləri bütün ittihamları rədd edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85327

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930