İranın keçmiş prezidenti Rəfsəncani vəfat etdi

09.01.2017 - 01:14

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib. Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün bu gün xəstəxanaya yerləşdirilmişdi. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.
Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 – 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.
Rəfsəncaninin dəfn mərasimi həftənin ikinci günü baş tutacaq. Bir sıra xarici ölkələr Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran hökumətinə başsağlığı veriblər. Öz növbəsində, İranın ali dini lideri Ayətullah Xamenei öz başsağlığında uzun illərin dostunun itirilməsini çətin və ağrılı adlandırıb. Təcriş xəstəxanasında vəfat etdikdən sonra Haşimi Rəfsəncaninin cənazəi Camaran hüseyniyyəsinə gətirlib. İran prezidenti Haşimi Rəfsəncaninin ölümü münasibətilə ölkə 3 gün matəm elan edib.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=85346

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728