Tramp və Putin Reykyavikdə görüşəcək

15.01.2017 - 11:24
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırır.
Bu barədə “Sunday Times” qəzeti məlumat yayıb.
 “Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra yaxın bir neçə həftə ərzində Vladimir Putinlə görüşməyi planlaşdırır”, – deyə yazılıb.
Trampın Putinlə Reykyavikdə keçirəcəyi görüş onun prezident qismində birinci xarici səfəri olacaq.
Xatırladaq ki, Tramp daha əvvəl “Wall Street Journal”a müsahibəsində inauqurasiyadan  sonra Putinlə görüşməyə hazır olduğunu bildirib.
 Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Bu sammit çərçivəsində Moskva və Vaşinqton “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.(Qafqazinfo)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930