Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

15.01.2017 - 11:44

Trampın nümayəndəsi “Sunday Times” nəşrinin ABŞ-ın yeni seçilmiş prezidentinin Rusiya lideri Vladimir Putinlə Reykyavikdə yaxın zamanda görüşmək niyyətində olmasına dair yaydığı xəbəri təkzib edib.

“Blumberq”in verdiyi xəbərə görə, həmin xəbər “yüz faiz yalandır”.

Qeyd edək ki, “Sunday Times” bundan əvvəl Trampın Putinlə Reykyavikdə görüşmək niyyətində olduğunu bildirib.

Məlumata görə, Putinlə Reykyavikdə baş tutacaq görüş Trampın prezident qismində birinci xarici səfəri olacaq.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=85454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728