Silahlılar türk məktəbinə basqın edib 7 nəfəri qaçırdı

16.01.2017 - 00:22
Nigeriyada türk məktəbinə silahlı basqın edilib.
Silahlı şəxslər iki şagirdi və beş məktəb işçisini qaçırıb. Qaçırılanlardan altısının nigeriyalı, birinin isə türk olduğu bildirilir. Hadisə Ogün əyalətində baş verib.
Ogun əyalət polisinin sözçüsü Abimbola Oyeyemi hadisə ilə bağlı bunları deyib: “7 nəfəri qaçıran silahlılardan heç biri tutulmayıb. Qurbanların zərər çəkmədən geri qaytarılması üçün əlimizdən gələni edirik”.
Məktəbin direktoru Yunus Emre Doğan isə jurnalislərə açıqlamasında terrorçuların məktəbin arxasından tunel qazaraq içəri girdiklərini ehtimal etdiyini bildirib. Yunus Emre Doğan qeyd edib ki, xəbərdarlıq siqnallarının işə düşdüyünü görən terrorçular məktəb mühafizəçilərinə atəş açaraq qaçıblar.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=85509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728