Yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin ŞOK FOTOLARI

16.01.2017 - 01:14

Marsın NASA tərəfindən çəkilmiş şəkillərində ufoloqlar şüurlu həyatın əlamətlərini tapıblar. Onlar ev, kosmik gəmi və iki canlı varlığın fiqurlarıdır.

Mütəxəssislər qırmızı planetin şəkillərini analiz edərkən orada şüurlu həyatı əks etdirən aşkar əlamətləri müşahidə ediblər. Əvvəlcə NASA-nın entuziastları evi müəyyən ediblər. Onu hətta uzaq məsafədən ayırd etmək mümkündür. Binanın açıq pəncərələri belə aydınca görünür.

Evin yaxınlığında ufoloqlar kosmik gəmiyə oxşayan, yaşayış yerinin yaxınlığındakı dayanacağa park edilmiş nə isə görüblər. Mütəxəssislər həmçinin iki canlının başını da fərq ediblər ki, onların da yerli sakinlər olduğu güman edilir.

Bununla yanaşı ufoloqlar bildiriblər ki, NASA bütün şəkilləri ağ-qara fonda çəkir ki, həmin peyzajdakı elementləri adi gözlə müəyyənləşdirmək çətindir. Onlar rəngli olsaydı, daha aydın seçilərdir.

Bu tapıntı alimlərin Marsda şüurlu sivilizasiyanın olduğu barədə nəzəriyyələrini təsdiqləməyə kömək edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=85515

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728