Türkiyədə keçiriləcək referendumun vaxtı açıqlanıb

16.01.2017 - 09:01

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası konstitusiyada dəyişikliklər üzrə referendumun keçiriləcəyi tarixi açıqlayıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə müzakirələrin birinci turu başa çatıb. Müzakirələrin ikinci turuna yanvarın 18-də start veriləcək.

Dəyişiklik və əlavələrə dair təkliflərin içərisində ən önəmlisi olan 8-ci maddəyə əsasən prezidentə icra səlahiyyəti verilir. O, nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident dövlətin milli təhlükəsizlik siyasətini müəyyən edəcək, Konstitusiya dəyişikliklərini referenduma çıxara biləcək.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=85521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728