Antarktida barəsində çox maraqlı faktlar

18.01.2017 - 16:45

Bu gün Bizim Yol.Biz sizə buzlarla örtülü bu tənha və uzaq qitə barəsində maraqlı faktlar təqdim edəcək.

Antarktidada Alp dağları böyüklüyündə dağ massivi mövcuddur.

Bu dağlar sovet geofiziki Georgi Qambursevin  şərəfinə Qambursev dağları adlandırılıb. Dağların mövcudluğu 1958-ci ildə bu alim tərəfindən kəşf edilib. Dağ massivinin uzunluğu 1300 km, eni 200-500 km. təşkil edir. Ən yüksək zirvəsi 3390 metrdir. Və bu nəhəng dağ massivi buzlar altında gizlənib. Dağların üzərindəki buz qatının qalınlığı  600 metr , bəzi yerlərdə 4 km təşkil edir.

Antarktidanın əl dəyməmiş buz altı göllərində bütünü Yer kürəsindən fərqli şəkildə təkamülə uğramış canlı həyat mövcuddur.

 

Bu qitədə 140 buz altı göl aşkarlanıb. Gölün üzəri 4 km. qalınlığında buzla örtülüdür. Gölün özü isə altındakı geotermal mənbələr sayəsində donmur. Gölün dibində suyun temperaturu 10 dərəcə təşkil edir. Məhz bu temperatur milyon illər ərzində müxtəlif  kiçik canlılara təkamül etməyə imkan verib.

Antarktidada zaman  qurşaqları mövcud deyil. Bu qitədə hansısa müəyyən bir zaman ölçüsü də yoxdur. Burda yaşayan tədqiqatçılar ya öz ölkələrinin saat qurşağına , ya da bura ərzaq gətirən əməkdaşların saat ölçüsünə əsaslanırlar.

Buzlarla örtülü olmasına baxmayaraq bu qitəyə yağıntı Saxara səhrasından belə az yağır.  İllik yağıntı Saxarada 76 mm, Antarktidada 18 mm təşkil edir. Buna baxmayaraq Yer kürəsinin içməli su ehtiyatının 70%-i bu qitədə yerləşir. Buz halında.

Dünyanın ən təmiz sulu dənizi də bu qitədə yerləşir. Əslinə bu dənizi çirkləndirəcək səbəb də  yoxdur.  Uedella dənizində şəffaflıq səviyyəsi 79 metr təşkil edir ki , bu da distillə olunmuş  suyun şəffaflığına bərabərdir.

 

 

 

Qitədə aysberqlər bütöv bir şəhər böyüklüyündə ola bilər. Qeydə alınmış ən böyük aysberqin uzunluğu 295 km, eni 37 km. təşkil edib.

Antarktidanın öz domeni və telefon kodu var.- 672. Və ən maraqlısı, burda insan yaşamasa da qitənin öz dolları var.

Qitənin bütün ərazisi buzla örtülməyib.

Seysmik cəhətdən ən sakit zona hesab olunur. Burdakı  yatmış vulkanlar ən son 200 il əvvəl aktivlik nümayiş etdirib.

 

 

Dünyadakı ən böyük asteroid krateri də Ulkis Torpağı adlandırılan zonada yerləşir. Kraterin diametri 482 km-dir. Alimlərin irəli sürdüyü nəzəriyyəyə  görə 250 milyon il öncə qitəyə düşmüşü astreoidin partlaması qitənin üzərində qalın toz buludlarına səbəb olub ki, bu da öz növbəsində  Antarktidanın üzərinin buzlarla  örtülməsinə , flora və faunanın məhvinə səbəb olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85706

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930