Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb

19.01.2017 - 19:02

Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.

“PressTV” xəbər verir ki, binanın dağıntıları altında 50-100 nəfərin qaldığı ehtimal olunur.

Ölənlərin sayının artacağı istisna edilmir.

Tehranda 17 mərtəbəli “Plasko” ticarət mərkəzində yanğının 9-cu mərtəbədə baş verməsi bildirilir.

“Təsnim” agentliyinin verdiyi məlumata görə, bina 50 il öncə tikilib.

Hazırda binanın yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, xilasedicilər xilasetmə işləri aparırlar. Belə ki, son məlumatlara görə, uçmuş binanın altında 30-a yaxın adamın olduğu bildirilir. Binanın dağıntıları altında qalan şəxslərin hamısının yanğınsöndürənlər olduğu barədə məlumat verilib.

Tehranın baş qubernatorunun müavini Mosin Hamedaninin sözlərinə görə, yaxınlıqda yeləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirliklərində əməkdaşların təxliyyəsi yanğın baş verən zaman, bina çökməmiş dərhal həyata keçirilib.

İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb.

“Habertürk” xəbər verir ki, bu haqda İranın rəsmi televiziyası məlumat yayıb.

İranın paytaxtı Tehran şəhərində güclü yanğın nəticəsində 17 mərtəbəli ticarət mərkəzi çöküb.

Virtualaz.org bildirir ki, bu barədə İran KİV xəbər verir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930