Bir saat içində milyonlarla insanın ölməsinə yol açacaq bir əmri vermə səlahiyyətinə malik yeganə adam Tramp olacaq.

20.01.2017 - 16:41

Vaşinqtonda keçiriləcək təhvil-təslim mərasimindən sonra,  “nüvə futbol topu” kimi  tanınan məşhur çanta Trampa veriləcək.

Avropa.info xəbər verir ki, inaqurasiyadan sonra, bir saat ərzində milyonlarla insanın ölməsinə səbəb ola biləcək  əmri vermə səlahiyyətinə malik yeganə adam Tramp olacaq.

ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya  mərasiminin keçiriləcəyi Vaşinqtondakı Konqres binasında hazırkı prezident  Barak Obamanı adsız, tanınmayan bir əsgər müşayiət edəcək. Bu əsgərdə  “nüvə futbol topu”-“nuclear football” adlandırılan olan bir çiyin çantası olacaq. Bu çantanın içində “biskuvi” kimi tanınan, 3 düym (7,3 santimetr) ilə 5 düym (13 santimetr) ölçülərində bir rəqəmsal dijital olacaq.

Image result for ABD'nin nükleer kodları Donald Trump'a emanet edilecek

Bu çanta strateji nüvə hücumu üçün kodları daşıyır. Prezident üçün bu kodların necə aktiv edəcəyi kənarda öyrədiləcək. Ancaq Trampın inaqurasiya mərasimi zamanı bu əsgər və çanta yavaşca onun tərəfinə doğru addımlayacaq .Bu mərhələdən sonra, bir saat içində milyonlarla insanın ölməsinə yol açacaq bir əmri vermə səlahiyyətinə malik yeganə adam Tramp  olacaq.

Əmri vermə səlahiyyəti olan şəxslər arasında yeni müdafiə nazirinin də adı var. Ancaq Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun tərksilah proqramının direktoru Mark Fitzpatrick, nevə hücumunu həyata keçirmək üçün yeganə nümayəndənin prezident olduğunu deyir.
BBC-də yer alan xəbərə görə isə, prezidentin  belə tarixi bir qərarı tək başına verə biləcəyini düşünmək həqiqətdən uzaqdır. Prezident əmri verir və müdafiə naziri də konstitusiyaya görə bunu tətbiq etmək zorundadır. Nəzəri baxımdan müdafiə naziri prezidentin ağılına şübhə edib, əmri yerinə yetirməyi rədd edə bilər, ancaq bu da üsyankarlıq mənasına gəlir. Prezident onu qova və vəzifəyə müdafiə nazirinin müavinini gətirə bilər.

Image result for ABD'nin nükleer kodları Donald Trump'a emanet edilecek

Prezident  kimliyini plastik bir kartla ali baş komandan kimi təsdiqləyəndən sonra, hər zaman yanında olan “nüvə futbol topu”nu açır. Çantanın içində hücum variantlarını nümayiş etdirən bir qara kitab var.

Prezident menyudan bir hücum variantına qərar verdikdən sonra, əmr müştərək qərargah başçılarının  vasitəsilə Pentaqonun müharibə otağına çatdırılır, sonra möhürlü təsdiq etmə kodları Nebraskadakı Offutt Hava Bazasındakı ABŞ Strateji Pult Mərkəzinə gedir.

ABŞ və Rusiya  bir-birilərinin şəhərlərini bir neçə dəfə məhv edəcək qədər nüvə silahına sahibdirlər. Yalnız Moskvanı hədəfləyən 100 amerikan döyüş başlığının olduğu deyilir. İki ölkənin gücü bütün dünyadakı nüvə döyüş başlıqlarının 90 faizidir.

Rusiya və ABŞ arasında nüvə raketlərinin uçuş müddəti 25-30 dəqiqə həcmindədir. Sualtı gəmilərdəki raketlər üçün isə müddət 12 dəqiqədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85895

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930