Türkiyə, prezident idarə üsuluna keçdi

21.01.2017 - 10:28

Türkiyə parlamenti prezident idarə üsulu haqqında dəyişiklikləri bəyənib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, səsvermə yanvarın 21-də gecə saatlarında baş tutub. Parlamentin deputatları Konstitusiyaya prezident idarə üsulunun tətbiqi ilə bağlı olan dəyişikliklərdən ibarət qanun layihəsini dəstəkləyiblər.

İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib. AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.

Səsvermədən sonra çıxış edən baş nazir Bineli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı “Artıq qərar millətimizindir. Millətin verdiyi qərar başımız, gözümüz üzərindədir” – deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=85932

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728