Rusiya Suriyadakı hərbi mövqeyini gücləndirir

21.01.2017 - 11:12

Rusiya Tartus Limanında yerləşən Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirilməklə bağlı Suriya hökuməti ilə müqavilə imzalayıb.

Cumhuriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, razılaşmaya görə, RusiyaTartus Limanına 11 müxtəlif təyinatlı hərbi gəmi və bu gəmilərin təhlükəsizliyini təmin edəcək sayda şəxsi heyət yerləşdirəcək. Bununla da Rusiya Suriyanın həm sahil, həm dəniz, həm də hava təhlükəsizliyini tam təmin edəcək.

Rusiya icarə haqqı ödəmədən 49 il müddətindəTartus limanında fəaliyyətini davam etdirəcək. Razılaşmaya görə,49 ildən sonra bu, müddət daha 25 il uzadıla bilər.

Eyni zamanda, Tartus Limanında xidmət edən hərbi qulluqçular və onların ailələridiplomatik toxunulmazlıq statusuna malik olacaqlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85944

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930