Hillari Klinton Trampın əleyhinə çıxan etirazçılara təşəkkür etdi

22.01.2017 - 01:10

Hillari Klinton ABŞ-da Donald Trampın əleyhinə təşkil olunan “Qadın marşı” adlı etiraz aksiyasının iştirakçılarına minnətdarlığını çatdırıb. O, dolayı yolla aksiyanın davam etdirməyə işarə vurub.

“Təşəkkür edirəm ki, iradəli şəkildə dəyərlərimizi qoruyursuz. Etirazınızı bildirirsiz. Addımlayırsız. Bizim birlikdə olmağımız həmişəkindən çox vacibdir. İnanıram ki, biz birlikdə daha güclüyük”, – deyə Hillari Klinton bildirib.

Qeyd edək ki, bu gündən ABŞ-da Donald Trampın əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. “Qadınların Vaşinqtona marşı” şüarı altında keçirilən aksiyada 200 mindən çox insan iştirak edir. Aksiya iştirakçıları arasında tanınmış simalar, siyasətçilər, artist və müğənnilər də var.

Short URL: http://www.cumhuriyyet.net/?p=86012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728