Türkiyədən Suriyalı qaçqınlarla bağlı təklif

22.01.2017 - 02:16
Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Suriyanın sərhədyanı rayonlarında qaçqınlar üçün bufer zonasının yaradılmasının zəruri olduğu bildirib.
APA-nın xəbərinə görə, bu barədə Y.Topçu Qazaxıstanın “Xəbər 24” telekanalına müsahibəsində bildirib.
“Suriyanın sərhədyanı rayonlarında bufer zonası yaradılmalıdır ki, müharibədən qaçan insanlar orada sığınacaq tapa bilsin. Koalisiya qüvvələri onların müdafiəsini təmin etməlidir ki, bütün dünyanı dolaşmaq məcburiyyətində qalmasınlar”, – deyə Topçu bildirib.
“BMT baş katibi Astana prosesini dəstəkləyib və onun məhsuldar olacağına ümid etdiyini bildirib. Ümidvaram ki, qəbul ediləcək qərarları digər ölkələr də dəstəkləyərək, Suriya böhranının nizamlanmasına öz töhfələrini verəcəklər”, – deyə Y.Topçu qeyd edib.
Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.
Cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=86024

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728