Suriyanın İdlib şəhəri bombardman edilib

23.01.2017 - 02:11
Suriyanın şimal-şərqindəki İdlib şəhərinin kəndlərindən birinə edilən hava hücumu zamanı 6 uşaq həlak olub.
Hava zərbələri zamanı 8 mülki şəxs yaralanıb.
Şəhərin mülki müdafiə səlahiyyətlilərindən olan Leys əl Faris bildirib ki, hərbi təyyarə İdlibin şimalını bombardman edib. Təyyarənin hansı silahlı birləşməyə və ya orduya aid olduğu məlum deyil.
Bombardman zamanı xəsarət almış yaralılar xəstəxanaya yerləşdirilib.
Leys əl Faris bununla yanaşı, ABŞ-ın rəhbərrlik etdiyi hərbi koalisiyaya məxsus olduğu ehtimal edilən hərbi təyyarənin də İdlibdəki hərbi obyektlərdən birini bombardman etdiyini deyib.( Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=86088

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728