İraqda Britaniya snayperi 3 İŞİD-çini bir güllə ilə öldürdü

23.01.2017 - 12:00

İraqda Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı zamanı Böyük Britaniya ordusunun SAS xüsusi təyinatlı qüvvələrindən olan snayper 3 terrorçunu bir güllə ilə öldürüb. 

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, SAS komandoslası müşahidə apararkən İŞİD yaraqlılarının pulemyotdan dinc sakinləri, o cümlədən qadın və uşaqları güllələməyə hazırlaşdığını görüblər. Snayper əlində pulemyot olan terroçunu nişan alaraq atıb, güllə düz onun başından dəyib. Təbii ki, bu terrorçu yerindəcə gəbərib, ancaq onun başını deşib keçən güllə arxasındakı İŞİD-çinin sinəsindən dəyib və onu da öldürüb. Lakin atəş gücü o qədər böyük olub ki, güllə bu terrorçunu da deşib keçib və divara dəyərək geri qayıdaraq üçüncü terrorçunu öldürüb. SAS snayperinin hansı tip snayper tüfəngi tətbiq etdiyi göstərilmir. Ehtimal ki, o, irikalibrli snayper silahından istifadə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=86124

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728