Qarabağda yeni müharibə hazırlanır: Ermənistanın səfərbərlik planı

24.01.2017 - 01:29

“Dağlıq Qarabağda yeni müharibəyə hazırlıq aparılır”. Bu iddia ilə erməni jurnalist Naira Ayrumyan “lragir” saytında yayımlanan məqaləsində çıxış edib. Erməni jurnalist yazır ki, Azərbaycan ərazilərin azad olunması üçün güc yoluna əl ata bilər: “Ermənistan hadisələrin bu cür inkişaf ssenarisinə ciddi şəkildə hazırlaşır. Diplomatik dildə bəyan edilib ki, istənilən güc tətbiqi danışıqların ləğv olunmasına və sıfırdan başlamasına səbəb ola bilər. Hakimiyyət daxildə müxtəlif qruplaşmalar hazırlayır. Bu qruplar müharibə haqqında danışır və Qarabağın əldən verilməməsi tezisini inkişaf etdirir. Sarkisyan da bəyan edir ki, onun prezidentliyi dövründə ərazilərin qaytarılması haqqında danışmaq yersizdir. Bütün bunlar Qarabağda yeni müharibənin hazırlandığını göstərir”.
Məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyətinin yaratdığı müqavimət qrupları əhalinin əhval-ruhiyyəsini qaldırmaq məqsədi daşıyır. Müharibə olacağı təqdirdə bu qruplar əhalinin səfərbər olunmasında iştirak edəcək. Görünür, İrəvan rejimi aprel müharibəsində düşdüyü vəziyyəti unuda bilmir.(qaynarinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=86179

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728