Çin kişilərinin qız əldə etmək üçün AĞLAGƏLMƏZ HƏRƏKƏTLƏRİ – FOTOLAR

16.02.2017 - 21:25

Çində qadınlarla kişilər arasında say fərqinin ildən-ilə artması onların ailə qurmasında ciddi problemlər yaradır.

Publika.az xəbər verir ki, artıq yaşı 30-u keçən kişilər ailə qurmaq üçün ağlagəlməz yollara baş vurur.

Bu ölkədə yaşı 30-u keçən subay kişiyə “şengnan” deyilir. Bu söz hələ də evlənəcək bir qadın tapmamış “artıq kişi” mənasını verir. İldən-ilə kişilərin sayının çoxaldığı bir ölkədə bu, artıq ciddi problemə çevrilib.

2015-ci ildə Çində tək uşaq siyasəti sona çatsa da, kişilərin sayının qadınlardan çox olması problemi hələ uzun illər qalacaq. 2020-ci ildə evlənmə yaşına çatmış qadın və kişilər arasında 30 milyon fərq olacağı təxmin edilir. 2030-cu ildə Çində kişilərin ¼-nin 30 yaşında subay olacağı proqnozlaşdırılır. Buna görə də kişilər arasında qadın tapmaq yarışı getdikcə qızışır. Qadınların qəlbini qazanmaq üçün müxtəlif üsullara əl atırlar.

2015-ci ildə 40 yaşlı Çinli bir iş adamı özünə uyğun həyat yoldaşı tapmaq üçün bir firmaya 1 milyon dollar ödəsə də, nəticə uğursuz olmuşdu. Hətta bunun üçün o, məhkəməyə belə müraciət etmişdi.

Başqa bir çinli isə sevgilisinə 99 ədəd “iPhone” hədiyyə etsə də, evlilik təklifinin rədd olunması sosial şəbəkədə müzakirəyə çevrilmişdi.

Bu ölkədə yanvar ayının sonu fevralın ortalarına qədər davam edən yeni il şənlikləri uyğun qadın tapmaq üçün yaxşı fürsət hesab edilir. Lakin texnologiyanın inkişafı ilə tanışlıq üçün mesajlaşma proqramları ilk yerdədir.

Bəzi kişilər qadınları ələ almaq üçün modelyerlərə, psixoloqlara belə müraciət ünvanlayır. Kişilərin ailə qurması yoxsul bölgələrdə daha ciddi problemdir. Çünki adətlərə görə, qızın anası qarşı tərəfdən ev tələb edir. Ona görə də ildən-ilə daşınmaz əmlakın da qiyməti yüksəlir.

Lakin bu maddi tələblər qadınların da ailə qurmasında ciddi bir maneədir. Belə ki, kişilər maddi problemlərə görə evlilik məsələsini gecikdirməli olurlar. Evlənmək imkanı yarananda daha gənc qızların qapısını döyürlər. Beləliklə də Çində cütlüklər arasında yaşı fərqi 10, bəzən 20 yaş ola bilir. 32 yaşdan sonra qızların ailə qurmaq imkanı məhdudlaşır. Təhsilli, maddi asılılığı olmayan qadınlar üçün isə vəziyyət dəyişir. Bununla yanaşı Çində 30 yaşında ailə quran qıza “istənilməyən qız” kimi baxılır.

Evlənmək məsələsində Çində ailələrin təsiri daha böyükdür. Məsələn, 39 yaşlı Roger Zhou bu təsiri daim hiss etdiyini deyir. Onun sözlərinə görə, 30 yaşında ailə qurmayan qız və ya oğlanın həyatına valideynlərin müdaxiləsi qaçılmazdır.

Hətta Şanxayda evlənmə bazarları belə var. Ölkənin bir çox yerində belə bazarlar olsa da, ən böyüyü Şanxaydadır. Valideynlər subay övladlarının təhsil və digər özəlliklərini verərək bu bazarda onları reklam etdirir. Bəzi ailələrin illərlə bu bazara gəlib-getdiyi deyilir.

Lakin insanların evliliyə münasibətləri fərqlidir. Bəziləri maddi vəziyyəti ilk planda götürsə də, bir çox gənc üçün sevgi əsas yer tutur.

Gülxar

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88424

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031