Trampdan “nüvə Xolokostu” XƏBƏRDARLIĞI: “Rusiya və ABŞ…”

17.02.2017 - 10:51

ABŞ prezidenti Donald Tramp mətbuat konfransında KIV-i tənqid edib.
“RİA-Novosti” agentliyinə  xəbər verir ki, prezidentin sözlərinə görə, yanlış reportajlar Rusiya ilə saziş bağlamaq imkanını çətinləşdirir.
Tramp həmçinin vurğulayıb ki, Rusiya ilə yola getmək istəyərdi. Hərçənd, onun sözlərinə görə, siyasi planda vəziyyət çox da yaxşı deyil. Bundan başqa, prezident iki dövlətin razılaşa bilib-bilməyəcəyindən dəqiq əmin deyil.
“Əgər biz yola gedə biləcəyiksə, onda bu, müsbət haldır. Bizdə çox istedadlı insan var. Reks Tillerson (ABŞ-ın dövlət katibi – red.) onlarla görüşəcək. Rusiya ilə bağlı daha sərt kursu həyata keçirmək olardı. Amma mən amerikalılar üçün düzgün şeylər etmək istəyirəm. İkinci növbədə, mən bütün dünya üçün düzgün şeylər etmək istəyirəm. Rusiya və ABŞ iki güclü nüvə dövlətidir. “Nüvə Xolokostu” heç nə ilə müqayisə oluna bilməz. Əgər bizim yaxşı münasibətlərimiz yaranacaqsa, mənə inanın, bu, yaxşı olacaq”, – deyə Tramp əlavə edib.
Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88479

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930