İsrailin nüvə stansiyası məhv ediləcək – TƏHDİD

17.02.2017 - 14:20

Libanın “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrallah İsraili təhdid edib.

KİV- xəbər verir ki, o, Dimonadakı nüvə stansiyasının vurula biləcəyini deyib.

“İsraili Dimonadakı nüvə reaktorunu sökməyə çağırıram. Hərbi imkanlarımız İsraili və onun yaşayış məntəqələrini vurmağa kifayət edir. İsraillilər təhdidlərimizin ciddi olduğuna inanmalıdır”, – o bildirib.

“Hizbullah” lideri həmçinin qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşü İsrail ilə Fələstin arasındakı sülh prosesinin öldüyünün bir siqnalıdır.

Qeyd edək ki, İsrailin 1982-ci ildə Livanın paytaxtı Beyruta qədər uzanan işğalı 1985-ci ildə mərhələli olaraq ölkənin cənubuna doğru çəkilib. Bu tarixdən etibarən İsraillə müxtəlif tarixlərdə qarşı-qarşıya gələn “Hizbullah” İsraillə son olaraq 2006-cı ilin iyulunda döyüşüb. Nəticədə Livanın cənubu ağır dağıntılara məruz qalıb.

Ömər Dağlı Publika.az 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728