Trampın ailəsi 44 ildən sonra rüsvay oldu – “NO 9” və “C”

17.02.2017 - 19:31

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Tramp və atası Fred Tramp haqqında 1973-cü ildə açılmış bir məhkəmə iddiası ilə əlaqədar 389 səhifəlik sənədi dərc edib.

Cumhuriyyet.az  xarici mediaya istinadən xəbər verir ki, məhkəmə iddiasında Trampın ailəsi irqçilikdə ittiham olunur.

İstintaq sənədinə görə, 1973-cü ildə Trampın ailəsinin Bruklindəki kompleksindən mənzil kirayə götürmək istəyən qaradərili bir qadın şirkətdən mənfi cavab alıb.

Ona kirayə üçün uyğun bir mənzilin olmadığı bildirilib. Ancaq qısa müddət sonra şirkətə gedən ağdərili bir qadına iki mənzil kirayə verilib. Məhkəmə iddiasında şirkətin keçmiş işçisinin ifadələri yer alıb. Onun sözlərinə görə, Fred Tramp qaradərililəri şirkətin mülkiyyətində olan binalardan uzaq saxlamaq istədiyini söyləyib.

İstintaq sənədində Tramp ailəsinin Porto Rikodan olan miqrantlara və qaradərililərə qarşı sistematik şəkildə ayrı-seçkilik tətbiq etdikləri, azlıqlar üçün “NO 9” və “C” kimi kodlardan istifadə etdikləri bildirilir.

Məhkəmə prosesi 1975-ci ildə yekunlaşıb və şirkətin “bütün irqlər üçün bərabər kirayə xidməti” barədə reklam verməsinə dair qərar çıxarılıb. Ötən il “Vaşinqton Post” nəşrinə müsahibə verən Donald Tramp ittihamların həqiqəti əks etdirmədiyini və şirkətin heç zaman ayrı-seçkilik tətbiq etmədiyini bildirmişdi.

Ömər Dağlı Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88529

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930