Prezident Administrasiyası mühasirəyə alınır: İnqilab və müharibəyə SAATLAR QALDI – FOTOLAR

20.02.2017 - 16:54

Ukrayna Prezident Administrasiyasının yaxınlığına hərbi texnika və silahlı döyüşçülər cəmlənir.

Cumhuriyyet.az  Ukrayna mediasına istinadən xəbər verir ki, hərbi aktivlik bu gün paytaxtın mərkəzində keçirilməsi nəzərdə tutulan genişmiqyaslı etiraz aksiyaları ilə bağlıdır.

Qeyd edək ki, Kiyevdə fevralın 20-nə genişmiqyaslı etiraz aksiyaları təyin edilib. Müddətsiz aksiyalarda banklar tərəfindən aldadılmış əmanətçilər, kiçik biznes federasiyaları və radikal sağçı təşkilatların, həmçinin “Hajdak” hərəkatı və “Ukrayna xalq özünümüdafiəsi” Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) millətçi döyüşçüləri iştirak edəcəklər.

Etiraz aksiyası saat 19.00-da başlanacaq.

Daha əvvəl “Rossiya” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib ki, Kiyev yeni inqilab ərəfəsindədir. “Bu, fevralın 20-də olacaq. Qarşıda Kiyevi müharibə gözləyir. Biz buna müdaxilə etməyəcəyik”, – deyə partiya sədri bildirib.

Ömər Dağlı

Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88756

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930