GÖRÜNMƏMİŞ HADİSƏ: Mərhum dəfnə aparılarkən dirildi

21.02.2017 - 01:06

Hindistanın Karnataka ştatının Dxarvad şəhəində 17 yaşlı hindistanlı öz dəfn mərasiminə gedən yolda ayılıb.

Cumhuriyyet.az verir ki, yeniyetmənin valideyinləri deyiblər ki, təxminən bir ay əvvəl onu çöl iti dişləyib. Bundan sonra yeniyetmə bir neçə həftə boyu qızdırmadan əziyyət çəkib. Onun vəziyyəti ağırlaşanda xəstəxanaya yerləşdirilib.

Xəstəxanada yeniyetmə reanimasiya şöbəsinə yerləşdirildib. Həkimlər qərara gəliblər ki, o, süni tənəffüs aparatı olmadan yaşaya bilməyəcək. Onun valideyinləri maddi imkanları olmadığından qərara gəliblər ki, müalicədən imtina etsinlər və oğullarını evə aparsınlar. Evdə bir neçə müddət o, həyat əlaməti vermədikdən sonra, valideyinləri gəncin dünyasını dəyişdiyini fikirləşiblər.

Mərhumun dəfn ediləcəyi gün, cənazəsi şəhərdən kəndə götürülərkən elə yoldaca görünməmiş hadisə baş verib. Belə ki, mərhum qəflətən ayılıb.

Həkimlərin sözlərinə görə, hazırda o, meninqoençefalit diaqnozu ilə xəstəxanada yerləşdirilib.

Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88777

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930