Sarkisyan var qüvvəsi ilə Putinə yalvaracaq – Moskva səfərində GİZLİ MƏQSƏD

24.02.2017 - 12:08

Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərinə hazırlıq gedir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında açıqlama verib.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların dalana dirənməsi fonunda Ermənistan prezidentinin Moskva səfəri diqqət çəkir. Lakin ən maraqlı məqam bu dəfə Sarkisyanın Putin tərəfindən çağırılmadığı, əksinə Ermənistan prezidentinin öz təşəbbüsü ilə səfər etmək istəyidir. Nalbandyanın Moskvada Sarkisyanın səfərini Lavrovla müzakirə etməsi və “prezidentimizin səfəri ilə bağlı ciddi hazırlıq işləri aparırıq” deməsi də bunu göstərdi. Deməli, Sarkisyanın Putindən istəkləri var və çox güman ki, bu Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı ola bilər.

Erməni jurnalist Musa Mikaelyanın fikirləri bu kontekstdə maraqlıdır.

Mikaelyan yazır ki, Sarkisyanın səfərinin aprelin 2-də keçiriləcək parlament seçkilərindən əvvəl, yoxsa sonra baş tutacağı hələlik bilinməsə də, bu səfər daha çox Ermənistandakı siyasi proseslərlə bağlı ola bilər: “Sarkisyanın gözlənilən Moskva səfəri faktiki olaraq baş nazir Karen Karapetyanın yanvar ayında Rusiyaya səfərinə cavab olacaq”.

Qeyd edək ki, “Qazrprom”un keçmiş əməkdaşı Karen Karapetyanın Rusiya tərəfindən məhz Sarkisyanı əvəzləmək üçün Ermənistana baş nazir göndərildiyi ehtimal olunur.

Erməni jurnalist qeyd edir ki, Karapetyanın Moskvada qəbul edilməsi Sarkisyan üçün güclü rəqibin formalaşdığını göstərir və onun gələcəyi üçün təhlükə yaradır.

“Karapetyan Moskva tərəfindən Sarkisyanın “varisi” olaraq “taclandırılmayıb”. Lakin bu dəqiqdir ki, ona ciddi dəstək verilir və bu dəstəyin sayəsində Karapetyanın Ermənistan daxilində siyasi çəkisi ağırlaşıb. Sarkisyan Moskvaya səfəri zamanı bu çəkini yüngülləşdirməyə çalışacaq. Çünki onun varisi Viqen Sarkisyandır. Görünür, o, varisini saxlamaq və gələcəyini təmin etmək üçün Putindən xahiş edəcək”, – deyə Mikaelyan vurğulayıb.

Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89011

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930