Bir gündə 52 MİT-çi edam edildi: Hakan Fidan həmin gün… – ŞOK DETALLAR

28.02.2017 - 11:33

PKK terror təşkilatı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 52 agentini bir gündə edam edib.

Publika.az “Türkiye Gazetesi”nə istinadən xəbər verir ki, bu Fəthullahçı Terror Təşkilatının (FETÖ) PKK-ya verdiyi siyahı nəticəsində mümkün olub.

Nəşrin əməkdaşı Nuru Eibolun yüksək vəzifəli təhlükəsizlik səlahiyyətlilərindən əldə etdiyi məlumata görə, PKK içində olan MİT heyətinin adları FETÖ tərəfindən PKK-ya sızdırılıb. MİT rəhbəri Hakan Fidanın FETÖ-çü prokurorlar tərəfindən ifadə verilməsi üçün çağırıldığı gün – 2012-ci il fevralın 7-də adları PKK-ya sızdırılan 52 MİT əməkdaşı terror təşkilatı tərəfindən edam edilib.

Xatırladaq ki, ötən ay eyni mövzu barədə “Anadolu” agentliyi yazıb. Agentliyin yazdığına görə, İstanbulda tutulan FETÖ üzvü Camal Bulut PKK-ya sızan MİT əməkdaşlarının siyahısını PKK rəhbərlərinə göndərib. İstintaq zamanı Camal Bulutun PKK-ya sızan təhlükəsizlik və MİT əməkdaşlarının siyahısını Şimali İraqa gedərək PKK-nın liderlərinə verdiyi ortaya çıxıb.

Onun Şimali İraqa FETÖ-nün “Şimali İraq nümayəndəsi” T. B. və “media üzrə məsul şəxsi” ilə getdiyi bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89342

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930