Tramp Kremlin adamıdır: ABŞ prezidenti vəzifəsindən alına bilər

27.03.2017 - 01:16

ABŞ Milli Təhlükəsizlik İdarəsinin (NSA) keçmiş əməkdaşı Con Schindler prezident Donald Trampın kabinetindəki yüksək vəzifəli şəxslərin Rusiya ilə əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırıla biləcəyini deyib. Hazırda təhlükəsizlik mütəxəssisi kimi fəaliyyət göstərən Schindler CBC radiosuna açıqlamasında prezident Trampa qarşı istintaq açıla biləcəyini iddia edib.
“Trampın seçki kampaniyası qrupunun prezident seçkilərinə müdaxilə etmək üçün Rusiya ilə gizli əlaqə qurması iddiaları səbəbilə istintaq başlansa, bu, Trampın sonu ola bilər. Yalnız ətrafındakı insanlar deyil, prezidentin özü də istintaqa cəlb edilsə, vəziyyət başqa cür ola bilər. İstintaq açılması səbəbilə Tramp istəsə də, istəməsə də vəzifəsindən uzaqlaşdırılacaq” deyə təhlükəsizlik mütəxəssisi bildirib.
Schindler müstəqil istintaq aparılacağı təqdirdə Tramp və kabinetinin Rusiya ilə iddia edilən əlaqələrinin ortaya çıxarılacağını deyib.(avropa.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91227

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2017
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031