Azərbaycanlı xanım Estoniyanın məşhur siyasi partiyasının lideri seçildi

24.04.2017 - 00:28

Bu yaxınlarda ” Estoniya Yaşılları ” partiyasının qurultayı olub. Virtualaz.org Estoniya portalı rus.err.ee-yə istinadən bildirir ki, qurultayda azərbaycanlı Züleyxa İsmayılova bu siyasi gücün yeni lideri seçilib. “Mən partiyanın sədri vəzifəsinə tək namizəd deyildim. Əvvəlki lider Aleksander Laane də öz namizədliyini irəli sürmüşdü. İndi Laane sədr müavini oldu, Andrey Qudim də sədr müavini olaraq qaldı”, – deyə əvvəllər partiyanın sədr müavini vəzifəsini tutmuş Z.İsmayılova sayta müsahibəsində bildirib.
İdarə Heyətinə, həmçinin Timur Saqitov, Kyulliki Reymaa, Olev – Andres Tinn, Marko Kaazik, Kaspar Kurvaya və Yoonas Laks daxil olublar. Z.İsmayılovanın sözlərinə görə, “Yaşıllar” Tallinə, necə deyərlər, öz siyahısı ilə çıxmaq niyyətindədir. Başqa özünüidarə orqanlarında, bu partiyanın üzvləri, ehtimal ki, seçki ittifaqlarının siyahıları üzrə namizəd olacaqlar.
“Mən Tallində bir nömrə olacağammı? Hələ dəqiq deyə bilmərəm. Yerli seçkilərlə bağlı bütün məsələləri biz oktyabrda- səlahiyyət verilmişlərin növbəti Şura iclasında həll edəcəyik. İndiki halda yaxın vaxtlarda hansısa məşhur şəxsiyyətlərin bizi gücləndirə biləcəyi barədə də heç nə deyə bilmərəm. Amma bizim öz siyahımızla paytaxta çıxacağımızla bağlı prinsipial qərar artıq qəbul edilib”, – deyə Z.İsmayılova əlavə edib.
Eko-aktivist, fotoqraf və jurnalist Z.İsmayılova “Yaşıllar”ın sırasına 2015-ci ilin martında daxil olub. 2005-dən 2012-ci ilə qədər onun tərkibi Sosial-demokrat partiyasının üzvlərindən ibarət idi. Z.İsmayılova 2016-cı ildə Anne&Stiil jurnalının versiyasına görə “İlin Qadını” olub. Z.İsmayılovanın sevimli mövzusu – zülal-uçar mışovulların müdafiəsidir.
Onu da qeyd edək ki, Z.İsmaylovoanın anası eston, atası isə azərbaycanlıdır. Sonda onu da vurğulayaq ki, bu partiya 2007-dən 2011-ci ilə qədər parlamentdə təmsil olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92975

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2017
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031