Tabutdakı general Qafqaz fatehi imiş – YENİ MƏLUMATLAR – FOTOLAR

27.04.2017 - 17:07

Ötən gün Türkiyənin Ərdahan şəhərinin Karagöl məhəlləsində binanın təməlini qazarkən tapılan, üzərində xaç işarəsi olan tabutun içərisindəki generalın kimliyi bəlli olub.

Cumhuriyyet.az xəbər verir ki, meyitin rus general-mayor Vasili Geymana (1823-1878) aid ola biləcəyi ehtimal olunur.

Rusiyanın tarixi mənbələri əsasında aparılan araşdırmalarda Geymanın 1878-ci il aprelin 13-də Qarsda vəba xəstəliyindən həyatını itirdiyi qeyd olunub.

General-mayorun Qafqazda hərbi əməliyyatlara qatıldığı, Rusiya tarixində “Qafqaz fatehi” kimi tanındığı məlum olub.

1877-1878-ci ildə Rus-Türk müharibəsində general kimi iştirak edib. Ərdahan qalasının alınmasında göstərdiyi qəhrəmanlıqlara görə Çar hakimiyyəti tərəfindən qızıl və brilyant qılınc, çoxsaylı medallarla təltif olunub.

Rusiyanın tarixi məlumatlarında general-mayorun cəsədinin harada dəfn olunduğu barədə məlumat yoxdur. Bu günə qədər sadəcə yerli saytlardan birində Geyman ailəsi haqqında yazılan məlumatlarda general-mayor Vasili Geymanın Qarsda 1878-ci ildə torpağa verildiyi yazılır.

Rusiyanın Şimali Qafqaz bölgəsində generalın adına kənd və bir dağ var. Kuban bölgəsində yerləşən Geymanovskaya Kazak kəndi və Tuapse rayonunda yerləşən Geyman dağı.

General-mayorun qardaşı oğlu Aleksandr Geymanın da rus ordusunda general-mayor rütbəsində xidmət etdiyi bilinir. Nəvəsi Vasili Geyman isə tanınmış tarixçi olub.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93247

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930