Türkiyədə ən böyük mafiya başçısı tutuldu: “Necə tapdınız məni?”

19.05.2017 - 17:15

Türkiyədə son 25 ilə ərzində bir çox cinayət hadisəsində iştirak edib, 2005-ci ildə Sarallar çetesiyle girdiyi qarşıdurmada onlarla insanın edam əmrlərini verməkdə təqsirləndirilən Sedat Şahin haqda maraqlı detallat üzə çıxıb.

Milli.az xəbər verir ki, dünən Beykozda bir bağ evində cəbhəxanası ilə birlikdə ələ keçən mütəşəkkil cinayət şəbəkəsinin lideri Sedat Şahinin rəqib cinayətkar dəstə – Sarallara qarşı törətdiyi növbəti əməlindən sonra Bolqarıstan vasitəsi ilə Macarıstana qaçmağı planlaşdırdığı ortaya çıxıb.

Mühafizəçisi Xalis Kocamanın adına olduğu təsbit edilən bağ evində uşağı və həyat yoldaşı ilə Şahinin bir vida görüşü üçün ünvana gəldiyi məlum olub.

İLK SÖZÜ “HƏR ŞEY BİTDİ” OLDU

Tutulan mafiya lideri Sedat Şahini həyat yoldaşı sayəsində tutmaq mümkün olub. Bir çox mütəşəkkil cinayət şəbəkəsinin yaxalanmasında tətbiq olunan taktika 6 aydır Şahinin yoldaşını yaxından izləyən mütəşəkkil cinayətlərlə mübarizə idarəsinin əməkaşlarının da işinə yarayıb. 17 may günü yoldaşının evdən uşağını da götürərək getdiyi Beykozdakı sözügedən bağ evində əri Sedatla vida görüşü zamanı polis əməliyyat keçirib. Polisə müqavimət göstərməyən və çaşqınlıq içərisində olduğu deyilən Şahinin polisə ilk sözü “Necə tapdınız məni?” olub. 6 saatlıq bir ev araşdırmasından sonra Şahinin gətirildiyi İstanbul Polis İdarəsindəki ilk sözünün isə “hər şey bitdi” olduğu ortaya çıxıb.

Evdə silahlar, 3 saxta xarici pasport və 3 şəxsiyyət vəsiqəsi ələ keçirilib. Hamısının üzərində Sedat Şahinin fotoları olan müxtəlif adlar müəyyən edilərək götürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94284

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930