Türkiyədəki Birjalar Federasiyası Ermənistana köçürülür – QƏRAR TEHRANDA VERİLİB

19.05.2017 - 17:27

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən birja federasiyalarından biri Ermənistana köçürülür.

Cumhuriyyet.az  xəbər verir ki, 1995-ci ildən Türkiyənin İstanbul şəhərində əsası qoyulan və 22 ildir burada fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası Ermənistanın paytaxtı İrəvana köçürülür.

İstanbul Maliyyə Mərkəzi layihəsi çərçivəsində, maliyyə qurumlarının Türkiyəyə gəlməsi üçün addımlar atılarkən, kapital bazarları baxımından əks istiqamətdə əhəmiyyətli qərarlar alınıb. Maraqlısı budur ki, qərar səs çoxluğu ilə qəbul edilib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, FEAS və Misir Birjası sədri Məhəmməd Omran birja üzvlərinə göndərdiyi mesajda qərarın FEAS-ın may ayının 16-da Tehranda keçirilən növbədənkənar ümumi yığıncağında qəbul edildiyini qeyd edib.

Federasiyanın mərkəzinin İstanbuldan İrəvana köçürülməsi bəzi birja üzvləri tərəfindən sektor üçün uğursuz addım hesab edilir.

FEAS ölkə birjaları arasında regional əməkdaşlıq əlaqələrini artırmaq məqsədilə yaradılan mühüm federasiyalardan biridir. 22 ildir fəaliyyət göstərən federasiyaya Asiya, Balkanlar, Şimali Afrika və Yaxın Şərqdən 33 ölkənin birjaları üzvdür.

Bununla yanaşı, FEAS-a 11 birja olmayan üzv, 3 müşahidəçi və 4 mübadilə təşkilatı daxildir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94288

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930