Bu ölkə də homoseksualların evliliyinə icazə verdi

13.07.2017 - 02:21

Malta parlamenti homoseksualların evliliyinə icazə verən qanun qəbul edib

Cumhuriyyet.net DW-yə istinadən xəbər verir ki, parlamentdə yalnız bir deputat qanun layihəsinin əleyhinə çıxıb.

Bundan sonra ölkədə rəsmi sənədlərdə “ər” və “arvad” sözlərinin yerinə “həyat yoldaşı”, “ata” və “ana” sözlərinin əvəzinə isə “valideyn” sözü işlədiləcək.

Maraqlısı odur ki, Maltada yalnız 2011-ci ildə boşanmaya rəsmi olaraq icazə verilib, abort isə indiyə qədər qadağandır.

Hazırda homoseksualların evliliyinə Argentina, Danimarka, Yeni Zelandiya, İspaniya, Belçika, İngiltərə, Uels, Şotlandiya, İslandiya, Norveç, Braziliya, Finlandiya, İrlandiya, Portuqaliya, ABŞ, Kanada, Fransa, Lüksemburq, Uruqvay, Kolumbiya, Almaniya, Niderland və Cənubi Afrika kimi ölkələrdə icazə verilir.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31