Ərdoğanı qırıcılar müşayiət etdi – 15 iyul tədbirləri başlayır – FOTO

15.07.2017 - 23:43

Bu gün Türkiyədə hərbi çevrilişə cəhd hadisələrinin 1 ili tamam olur

Cumhuriyyet.net Qafqazinfo-ya istinadla xəbər verir ki, FETÖ terrorçularına çevriliş izni verməyən xalq bu gün həmin zəfərin 1 ilini bayram kimi qeyd edir.

Hazırda İstanbulun 4 tərəfindən minlərlə insan hadisələrin başladığı yer olan 15 iyul Şəhidlər Körpüsünə doğru hərəkət edir.

“Milli Birlik” yürüşü adı altında hərəəkət edən böyük kütlənin Bakı vaxtı ilə 21:00-da körpüyə çatması gözlənilir. Baş nazir Binəli Yıldırım da yürüşdə iştirak edəcək.

22:30-da prezident Rəcəb Tayyib Ərdoğan körpüdə keçiriləcək tədbirdə çıxış edəcək. Daha sonra qanlı gecədə şəhid olan 249 nəfərin xatirəsinə ucaldılan abidənin açılışı olacaq.

Sadəcə İstanbulda deyil, Türkiyənin 81 vilayətində də anım tədbirləri keçiriləcək. Xalq gecəni meydanlarda demokratiya növbəsində keçirəcək.

cumhuriyyet.net

 

Short URL: http://www.cumhuriyyet.net/?p=96647

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31