İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi – VIDEO

28.07.2017 - 10:08

İstanbula ötən gün axşam saatlarında  düşən şiddətli dolu və əsən güclü külək nəticəsində 10 nəfər xəsarət alıb

APA-nın  “Milliyet”ə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti ağırdır.

NTV telekanalının xəbərinə görə, Bosfor boğazının altından keçən tunelin fəaliyyətində məhdudiyyətlər yaranıb. Şəhərin “Atatürk” və “Sabiha Gokçen” hava limanlarının işində fasilələr yaranıb, 15-dək təyyarə hava şəraitinin pisləşməsi səbəbindən eniş edə bilmədiyindən ehtiyat aerodromlara yönəldiliblər.

Bundan başqa, şiddətli külək şəhərdə 200-dək ağacı və 5 qaldırıcı kranı aşırıb, 88 binanın dam örtüyünü qoparıb, tramvay xətlərinin elektrik naqillərini qırıb. Küçükçekmece rayonunda minarə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Meteoroloqlar hava şəraitinin daha da pisləyəcəyini proqnozlaşdırırlar.

Bundan əvvəl iyulun 18-də İstanbulda son 9 ildə ən güclü leysan yağıb.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97406

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31