İran və ABŞ donanmaları yenidən üz-üzə gəlib

29.07.2017 - 15:48

 

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars Körfəzində ABŞ donanmasının iştirakı ilə daha bir hadisənin baş verdiyini açıqlayıb

Cumhuriyyet.net-in APA-ya istinadən xəbərinə görə, İranın İRİB telekanalı hadisənin iyulun 28-də körfəzin şimalında baş verdiyi barədə məlumat yayıb.

Məlumata əsasən ABŞ Hərbi Dəniz Donanmasının “Nimits” aviadaşıyıcısından qalxan hərbi helikopter İrana məxsus raket katerlərinə yaxınlaşıb. Aviadaşıyıcını kreyser müşayiət edib.

“İran gəmiləri Amerika donanmasının qeyri-peşəkar və təxribatçı hərəkətlərinə fikir verməyib və Amerika gəmiləri oranı tərik etdikdən sonra həmin zonada keşik çəkməyə davam edib”, – deyə İran hərbi rəhbərliyinin bəyanatında bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Fars Körfəzində ABŞ-a məxsus hərbi gəmi ona yaxınlaşan İran katerinə xəbərdarlıq atəşi açıb.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31