ABŞ ordusu İran gəmilərini belə atəşə tutdu – MÜHARİBƏ “İYİ” – VİDEO

30.07.2017 - 08:21
Fars körfəzi sularında ABŞ hərbi donanması ilə İran donanması arasında xəbərdarlıq atəşi ilə müşaiyət olunan təhlükəli insident baş verib. Amerika hərbi dəniz qüvvələrinin “Nimitz” təyyarədaşıyan gəmisindən bölgədə patrul xidməti həyata keçirən İran katerlərinə xəbərdarlıq atəşi açılıb. İran tərəfi cavab verməyib.
İran İnqilab Keşikçiləri Korpusunun komandanının müavini Rəsul Sənae Rad bildirib ki, İran gəmiləri Fars körfəzindəki “Resalat” neft-qaz platformasının yaxınlığında patrul xidməti həyata keçirərkən Amerikanın “Nimitz” təyyarədaşıyanının başçılıq etdiyi gəmi qruplaşması onlara yaxınlaşıb. Təyyarədaşıyanın göyərtəsindən vertolyot havaya qalxıb və İran patrul katerlərinin üzərində bir müddət dövr edib. Daha sonra amerikalılar İran katerlərinə tərəf bir neçə xəbərdarlıq atəşi açıb.
İnqilab Keşikçiləri Korpusu bildirir ki, İran hərbçilərini Amerika hərbçilərinin “təxribatçı və qeyri-peşəkar” addımına reaksiya verməyiblər və patrul xidmətini davam etdiriblər. Daha sonra platformaya yaxınlaşan iki Amerika gəmisi uzaqlaşıb.
“Nimitz” təyyarədaşıyanının başçılıq etdiyi gəmi qruplaşması körfəzə ötən bazar günü daxil olub. Amerika tərəfi insidenti təsdiqləyib və İran katerlərinin “Nimitz” təyyarədaşyanına təhlükəli məsafədə yaxınlaşdığına görə onlara xəbərdarlıq atəşi açıldığını bildirib. Pentaqon nümayəndəsi Peter Kuk bildirib ki, İran katerləri təyyarədaşıyana 300 metrə qədər yaxınlaşıb və xəbərdarlıq siqnalına məhəl qoyulmayıb. Nəticədə Amerika tərəfi havaya vertolyot qaldırıb və katerlərə xəbərdarlıq atəşi açılıb.
Xatırladaq ki, son vaxtlar Fars körfəzində İran və Amerika hərbi gəmiləri arasında bu cür “sürtüşmə” tez-tez baş verir. Analitiklərə görə bu, Tramp administrasiyasının İrana qarşı sərt mövqeyinin davamıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=97447

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31