Putin kameraların önünə yenə də köynəksiz çıxıb

06.08.2017 - 09:46

Rusiya prezidenti Vladimir Putin soyuq Sibir gölündə fotokameraların qarşısına köynəksiz çıxıb. Kremldən bildirirlər ki, Putin üç günlük balıqçılıq və ov səfərində idi.
64 yaşlı Rusiya prezidenti gücünün və enerjisinin ictimaiyyət qarşısında nümayişi ilə tanınır. Ov səfəri Rusiya prezident seçkilərinə səkkiz ay qaldığı bir müddətə təsadüf edir. Baxmayaraq ki, Putin 2018-ci ilin martında keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirməyib, onun iştirakı və rahatlıqla qələbə qazanacağı şübhə doğurmur.
1-3 avqust tarixlərindəki balıqçılıq və ov səfəri Moskvadan 3,700 km aralıda – Sibirin cənubunda, Monqolustanla sərhəd ərazidə baş tutub.
Şənbə günü Kreml tərəfindən yayılan video və fotolarda Putinin müdafiə naziri Sergey Şoyqu ilə balıq tutması, göldə üzməsi, günəş altında istirahət etməsi təsvir edilib. Xatırladaq ki, Putin döyüş sənətləri və buz hokeyi ilə məşğuldur.
“Göl suyunun temperaturu 17 dərəcədən yuxarı qalxmır. Amma bu, prezidenti göldə üzmək fikrindən daşındırmayıb.” Bu sözləri cümə günü Kreml sözçüsü Dmitri Peskov deyib (“Amerikann səsi”).

Short URL: http://www.cumhuriyyet.net/?p=97496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31