ABŞ Çin və Rusiyanı belə məhv edəcək – Ekspert

06.08.2017 - 09:53

ABŞ Rusiya və Çinə qarşı müharibə aparacağı təqdirdə hər 2 cəbhədə qalib gəlməyə qadirdir.
Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest”ə məqaləsində milli təhlükəsizlik məsələləri üzrə ekspert Robert Farli yazıb.
Onun sözlərinə görə, Soyuq müharibənin bitməsindən sonra ABŞ-ın dünyanın müxtəlif yerlərində eyni zamanda iki regional münaqişədə qələbəsini təmin edəcək və Şimali Koreyanın İraq və ya İrana qarşı (və ya əksinə) müharibədə iştirak etməsinin qarşısını almaq üçün 2 müharibə doktrinası qəbul edilib. Çinin güc qazanması və terror təşkilatlarının daha da qüvvətlənməsi ötən onilliyin sonunda ABŞ-ın bu doktrinadan imtina etməsinə səbəb olub.
Müəllif supergüclərin toqquşacağı təqdirdə günahın çox güman ki, ABŞ-da olmayacağını, Rusiya və ya Çinin buna cəhd edə biləcəyini bildirib. Rusiya və Çin orduları qarşılarına fərqli tapşırıqlar qoyacağı üçün ABŞ əvvəlcə bir düşmənini asanlıqla sıradan çıxaracaq. Avropadakı müttəfiqlərinin köməyi ilə isə ikinci düşməni məhv etmək çox çətin olmayacaq. Vaşinqton bu zaman Rusiyanın dənizə çıxışına mane olmaqda çətinlik çəkməyəcək və donanmanın əksər hissəsi ilə Çini məhv etməyə çalışacaq. II Dünya müharibəsində olduğu kimi yenə əsas mübarizə quruda aparılacaq. Müharibə başlayacağı halda əsas döyüşlər Çinlə aparılacaq, çünki Avropadakı müttəfiqləri ABŞ olmadan belə kifayət qədər qüdrətə sahibdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=97500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31